Pandemiya səbəbi ilə 39 milyon insan işini itirib
https://azeri.sahartv.ir/news/dünya-i362072-pandemiya_səbəbi_ilə_39_milyon_insan_işini_itirib
ABŞ-da, təqribən, 39 milyon sakin yeni növ koronavirusun yayılması təhlükəsi ilə bağlı ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər səbəbindən işsiz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2020 05:59 Asia/Baku
  • Pandemiya səbəbi ilə 39 milyon insan işini itirib

ABŞ-da, təqribən, 39 milyon sakin yeni növ koronavirusun yayılması təhlükəsi ilə bağlı ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər səbəbindən işsiz qalıb.

SəhərAzəri “Report”-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” ABŞ-ın Əmək Nazirliyinin məlumatına istinadən yazıb.

Məlumatda göstərilir ki, son həftə ərzində 2,4 milyondan çox insan işsizlik müavinəti almaq üçün müraciət edib. Müavinət almaq üçün müraciət edənlərin ümumi sayının 38,6 milyon nəfərə qədər artdığı qeyd olunur.

Bununla yanaşı, nazirlikdən son yeddi həftə ərzində daxil olmuş müraciətlərin sayında azalma müşahidə olunduğu bildirilib. “Amma yenə də bu, böhrandan əvvəlki dövrdəki analoji göstəricidən on dəfə çoxdur”, - məlumatda vurğulanıb.