ABŞ-da yoluxanların sayı 1,6 milyonu ötüb
https://azeri.sahartv.ir/news/dünya-i362114-abŞ_da_yoluxanların_sayı_1_6_milyonu_ötüb
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 1,6 milyon nəfəri ötüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2020 02:55 Asia/Baku
  • ABŞ-da  yoluxanların sayı 1,6 milyonu ötüb

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 1,6 milyon nəfəri ötüb.

SəhərAzəri - Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 600 481 nəfərə çatıb. Onlardan 95 921 nəfəri ölüb, 350 135 nəfəri isə sağalıb.

Bildirilir ki, saat 05:45 üçün dünyada koronavirusa yoluxanların sayı 5 209 266 nəfərə, koronavirusdan ölənlərin sayı 338 121 nəfərə, sağalanlarınsayı isə 2 054 125 nəfərə çatıb.