Moskvada baş vermiş atışma zamanı bir nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i362198-moskvada_baş_vermiş_atışma_zamanı_bir_nəfər_yaralanıb
Rusiya paytaxtının cənubundakı yaşayış komplekslərinin birinin avtomobil dayanacağında iki naməlum şəxs arasında baş vermiş silahlı insident zamanı bir nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2020 18:15 Asia/Baku
  • Moskvada baş vermiş atışma zamanı bir nəfər yaralanıb

Rusiya paytaxtının cənubundakı yaşayış komplekslərinin birinin avtomobil dayanacağında iki naməlum şəxs arasında baş vermiş silahlı insident zamanı bir nəfər yaralanıb.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə “TASS” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Bildirilir ki, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Mənbənin verdiyi məlumata görə, insident zamanı tərəflərdən birinin 7,62 mm kalibrli “Saiga” ov silahından istifadə etdiyi ehtimal olunur. Ərazidən 7,62 mm və 9 mm kalibrli patronlara aid gilizlər aşkarlanıb.

 

Hazırda insidentin baş verdiyi yerdə istintaq qrupu çalışır. Polis insident iştirakçılarının axtarışını aparır.