May 28, 2020 09:45 Asia/Baku
  • 349 mindən çox insan öldü

Dünyada son sutka ərzində koronavirusdan ölən və yoluxanların sayı açıqlanıb.

SəhərAzəri Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, son gün ərzində COVİD-19-dan 5 581 insan ölüb. Bununla da ümumi ölənlərin sayı 349 095 nəfərə çatıb.

84 314 yoluxma halı qeydə alınıb. Ümumilikdə dünya üzrə yoluxanların sayı 5 488 825 nəfərə yüksəlib.

Teqlər