İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i362372-İtaliyada_mafiyaya_qarşı_genişmiqyaslı_əməliyyat_keçirilib
İtaliyada “Ndrangeta” mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2020 12:25 Asia/Baku
  • İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib

İtaliyada “Ndrangeta” mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

SəhərAzəri-nin Trend-ə istinadla verdiyi məlumata görə, Kalabriya vilayət prokurorluğunun keçirdiyi əməliyyatda 500 nəfərə yaxın polis əməkdaşı iştirak edib.

Əməliyyat zamanı onlarla şəxs saxlanılıb. Bundan başqa, mafiya ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 11 dövlət məmuru da istintaqa cəlb olunub.

Əməliyyat Kalabriya vilayəti ilə yanaşı, Siciliya, Kampaniya, Lombardiya və digər vilayətlərdə keçirilib.