May 29, 2020 06:59 Asia/Baku
  • Amerika xalqının aksiyaları davam edir

Amerikanın CNN telekanalı cümə axşamı günü gecə Minnesota ştatının Minneapolis şəhəri sakinlərinin ağdərili polis tərəfindən bir qaradərili kişinin qətlə yetirilməsinə qarşı aksiyalarının davam etməsindən xəbər verib.

SəhərAzəri - Bu məlumata görə, Minneapolis şəhərində vəziyyət böhranlı qalmaqda davam edir.

Minneapolis şəhərinin əhalisi ağdərili polis tərəfindən bir qaradərili kişinin qətlə yetirilməsinə etiraz əlaməti olaraq, çərşənbə axşamı günündən bəri bu şəhərin küçələrində aksiya keçirir.

Bu istiqamətdə çərşənbə günü keçirilən aksiyada bir etirazçı atəş nəticəsində öldürülübdür.

CNN-in məlumatına görə, Amerikanın iki digər iri şəhəri də çərşənbə günü axşamı rasizmə və bu ölkə polisinin rənglidərililərlə kobud rəftarına qarşı etiraz səhnəsi olubdur.

Bazar ertəsi günü Minnesota ştatının Minneapolis şəhərində bir ağdərili polis bir qaradərili şəxsi qətlə yetirdi.

Amerikanın sosial şəbəkələrində yayılan videoçarxda görünür ki, bir ağdərili polis bir qaradərili şəxsi üzüqoylu şəkildə asfalta yatırtdığı bir halda, dizini onun boynuna sıxmaqdadır.

Həmin qaradərili şəxs “Nəfəs ala bilmirəm!”, “Mənə bir az su verin!” və “Məni öldürmə!” fəryadları ilə sonda dünyasını dəyişir.

Qaradərili ABŞ vətəndaşlarının bu ölkənin polis qüvvələri tərəfindən qırğın edilmələri 2014-cü ildən şiddətlənibdir. Bu məsələ vətəndaş hərəkatlarının formalaşmasına və bu ölkənin bəzi ştatlarında bir neçə günlük qarşıdurmalara səbəb olubdur.

Adətən ABŞ məhkəmələri belə cinayətlərə görə, polis məmurlarını cəzalandırmırlar.

 

 

Teqlər