May 29, 2020 03:23 Asia/Baku
  • Britaniyada gərgin vəziyyət: Daha 377 nəfər öldü

Britaniyada koronavirusla bağlı son durum açıqlanıb.

SəhərAzəri Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, son sutka ərzində COVİD-19-dan ölənlərin sayı 377 nəfər artaraq, 37 837-yə çatıb.

Eyni zamanda 1 887 yeni yoluxma halı qeydə alınıb. Bununla da ölkədə ümumi koronaya yoluxanların sayı 269 127 nəfərə çatıb.

Teqlər