Tramp ABŞ-ın ÜST-lə əlaqələrini kəsdiyini elan edib
https://azeri.sahartv.ir/news/dünya-i362437-tramp_abŞ_ın_Üst_lə_əlaqələrini_kəsdiyini_elan_edib
Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətlərini kəsdiyini elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2020 19:00 Asia/Baku
  • Tramp ABŞ-ın ÜST-lə əlaqələrini kəsdiyini elan edib

Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətlərini kəsdiyini elan edib.

SəhərAzəri - APA RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri bu qərarı ÜST-ün Vaşinqtonun tələb etdiyi islahatları həyata keçirməkdən imtina etməsi ilə izah etdi. 

Ağ Ev rəhbəri əlavə edib ki, artıq Birləşmiş Ştatlar təşkilat üçün nəzərdə tutulmuş vəsaitləri dünyada təcili tibbi yardıma ehtiyac duyulan istiqamətlərə yönəldəcək.