ABŞ-da gərginlik hökm sürür
https://azeri.sahartv.ir/news/dünya-i362448-abŞ_da_gərginlik_hökm_sürür
ABŞ-ın Minnesota ştatında Corc Floyd adlı qaradərili vətəndaşın polis zorakılığı nəticəsində kameralar qarşısında ölməsindən sonra Birləşmiş Ştatların 10-dan çox şəhərində bir çox hallarda iğtişaşlarla müşayiət olunan mütəmadi nümayişlər keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2020 03:43 Asia/Baku
  • ABŞ-da gərginlik hökm sürür

ABŞ-ın Minnesota ştatında Corc Floyd adlı qaradərili vətəndaşın polis zorakılığı nəticəsində kameralar qarşısında ölməsindən sonra Birləşmiş Ştatların 10-dan çox şəhərində bir çox hallarda iğtişaşlarla müşayiət olunan mütəmadi nümayişlər keçirilir.

SəhərAzəri “Report”-a istinadla xəbər verir, üçüncü gündür davam nümayişlər nəticəsində Ağ Evə giriş müvəqqəti dayandırılıb.

Qeyd olunub ki, Atlantadakı nümayişçilər “CNN”nin qərargahının şüşələrini sındırıb və polisə boş şüşələr atıblar. Nümayişçilər hökumətin iğtişaşları dayandırmaq çağırışına məhəl qoymurlar. Atlantada ən azı yedi nümayişçi saxlanılıb.

 

This view is from INSIDE the CNN center, my colleague @CNNValencia reporting as police hold the line amid heavy protests in Atlanta tonight. #GeorgeFloyd pic.twitter.com/aMh00kW7Q4

— Omar Jimenez (@OmarJimenez) May 30, 2020

 

Şəhərlərdə avtomobillərin yandırılması barədə məlumatlar daxil olur. Nyu-Yorkun Bruklin bölgəsində nümayişçilərlə polis arasında toqquşmalarn baş verib.

Nyu Meksiko ştatının Albukerke şəhərində bir neçə saat davam edən nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları dörd nəfər tutub. “Associated Press”in məlumatına görə, etiraz aksiyaları zamanı həddən artıq sərt davranan amerikalı polislər nümayişləri rezin güllələr və gözyaşardıcı qaz vasitəsilə dağıdır.

 

WATCH: Demonstrators blocked traffic on the U.S. Highway 101 in San Jose, California as the #GeorgeFloyd protests continue pic.twitter.com/Asd7V7dQRv

— Bloomberg QuickTake (@QuickTake) May 30, 2020

 

Bundan başqa Kolumbus (Ohayo ştatı), Hyuston (Texas ştatı), Dallas (Texas ştatı), Finiks (Arizona ştatı), San Xose (Kaliforniya ştatı), Las-Vegas (Nevada ştatı), Şarlott (Şimali Korolina şatatı) və ölkənin kiçik şəhərlərində də nümayişlər keçirilir.