Trump etirazçılara atəş açmaqla bağlı sözlərini əsaslandırmağa çalışır
ABŞ prezidenti Donald Tramp amerikalı etirazçılara atəş açmaqla bağlı sözlərini əsaslandırmağa çalışır.
SəhərAzəri "Fars" xəbər agentliyinə istinadla bildirir, ABŞ prezidenti Donald Tramp cümə günü öz tvitter hesabında yazıb: "Soyğunçuluq atəş açmaqla nəticələnəcək və elə buna görə Minneopolisdə bir kişiyə atəş açıldı".
D.Tramp ABŞ polisinin rənglidərililərə qarşı zorakılığının əleyhinə olan etiraz aksiyalarının davam edəcəyi təqdirdə təhlükəsizlik qüvvələrinin onlara atəş açacağı ilə hədələmişdi.
ABŞ prezidenti başqa bir tvittdə amerikalı etirazçılara hörmətsizlik edərək, onları xuliqan adlandırıb.
Qaradərili Amerika vətəndaşının öldürülməsilə əlaqədar xalq etirazları hələ də davam edir və bir qaradərilinin irqçi qətlinə qarşı etiraz aksiyaları Ağ Evin bir müddət bağlanmasına səbəb oldu.