Ağ Evin qarşısında iğtişaşlar baş verib
https://azeri.sahartv.ir/news/dünya-i362471-ağ_evin_qarşısında_iğtişaşlar_baş_verib
Mayın 30-da gecə saatlarında ABŞ-da, Ağ Evin qarşısında iğtişaşlar başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2020 15:25 Asia/Baku
  • Ağ Evin qarşısında iğtişaşlar baş verib

Mayın 30-da gecə saatlarında ABŞ-da, Ağ Evin qarşısında iğtişaşlar başlayıb.

SəhərAzəri - Bu barədə "Report" CNN-nə istinadən xəbər verir.

Bildirilir ki, etirazçılar ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Dövlət başçısının iqamətgahı yaxınlığında iğtişaşlar beş saatdan çox davam edib. 

Etirazçılar prezidentin mühafizəçilərinə müxtəlif əşyalar atıblar və hasarları aşmağa çalışıblar. Xüsusi xidmət orqanlarının əməkdaşları azı bir dəfə zəhərli qazdan istifadə edib.

Etirazçılar Minneapolisdə vəfat edən qaradərili mühafizəçi Corc Floyda dəstək şüarları səsləndiriblər və prezident Donald Trampa qarşı etirazlarını nümayiş etdiriblər.