May 31, 2020 09:04 Asia/Baku
  • Los-Anceles şəhərində 400 etirazçı həbs edilib

Los-Anceles polisi ABŞ polisi tərəfindən bir qaradərili şəxsin öldürülməsi cinayətinə etiraz edənlərdən 400-dən çoxunu həbs edib.

SaharAzeri CNN xəbər kanalının məlumatına görə, ABŞ-ın Kaliforniya ştatının polisi Los-Anceles şəhərinin mərkəzində keçirilən aksiyalarda 400-dən çox etirazçını həbs edib.

Los-Anceles şəhər polisi bunların qarətə  görə tutulduğunu iddia edir.

Bu məlumata əsasən, Los-Anceles şəhər polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Cümə günü ABŞ-ın müxtəlif şəhərləri bu ölkədə qaradərililərə qarşı irqçi davranış və polis zorakılığı əleyhinə  geniş aksiyaların şahidi idi.

Yayımlanan videolarda Nyu-York şəhərində polis məmurlarının etirazçılarla həddən artıq sərt davranışları müşahidə olunur və onlar etirazçıları dəyənəklərlə döyürlər.

ABŞ-ın müxtəlif şəhərlərində etirazçılar, ötən bazar ertəsi günü ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində bir ağdərili polis zabiti tərəfindən vəhçicəsinə qtlə yetirilən qaradərili Corc Floydun öldürülməsinə görə. ədalət tələb edirlər.

ABŞ prezidenti Donald Tramp bu hadisələrə reaksiyada, polisin etirazçılara atəş açmasını dəstəkləyib.

Teqlər