İyun 03, 2020 07:46 Asia/Baku
  • Minlərlə amerikalı polis zorakılığına qarşı etirazları davam etdirdi

Amerika xalqından minlərlə nəfər bu ölkə prezidentinin təhdidlərinə və tətbiq olunmuş komendant saatına rəğmən, küçələrə axışaraq, bir polis zabiti tərəfindən bir afroamerikalının qətlə yetirilməsinə qarşı aksiyasını davam etdiribdir.

SaharAzeri xəbər verir, Vaşinqton aksiyasının iştirakçıları belə şüarlar veriblər: "Sükut, zorakılıqdır!" və "Ədalətsiz sülh olmaz!".

Minnesota ştatının Minneapolis şəhərində bir polis zabiti tərəfindən Corc Floydun qətlə yetirilməsindən sonra minlərlə nəfər aksiya keçirib. Təhlükəsizlik qüvvələri bu etirazlarla mübarizə aparmaq üçün 20-dən çox şəhərdə komendant saatı tətbiq ediblər.

Bununla belə, çox sayda etirazçı bir daha Vaşinqton, Los-Anceles və Filadelfiya kimi iri şəhərlərdə dinc aksiyalar keçiribdir. Nyu-Yorkda da minlərlə nəfər 86-cı küçədə aksiya keçirib, şüarlar veribdir. Əli dəyənəkli yüzlərlə polis piyada şəkildə və ya avtomobillə aksiyaçıları izləyibdir.

Amerika prezidenti Donald Tramp çərşənbə axşamı günü demişdi ki, milli qvardiya Nyu-York küçələrində patrul keçərək, etirazçılarla mübarizə aparmalıdır.

Floydun şəhəri sayılan Hyustonda da onun dostları və ailəsi bir aksiya təşkil ediblər. Minlərlə nəfər bu aksiyaya qatılıbdır.

ABŞ-DA POLİS ZORAKILIĞINA QARŞI AKSİYALAR SƏNGİMİR

Teqlər