İyun 05, 2020 20:08 Asia/Baku
  • Avstraliya xalqı da amerikalı qaradərililərə dəstək verdi

Avstraliya xalqından minlərlə nəfər aksiya keçirərək, ABŞ polis zabiti tərəfindən bir afroamerikalının öldürülməsini pisləyibdir.

SəhərAzəri xəbər verir, Avstraliya xalqından minlərlə nəfər bu gün paytaxt Kanberra şəhərində keçirdiyi aksiyada şüarlar verərək, bildiribdir ki, amerikalı qaradərili Corc Floydun bu ölkənin polis zabiti tərəfindən öldürülməsi Amerikada bir etnik bərabərsizlikdir.

Aksiyada iştirak edən insan haqları fəalı Matilda Haves deyib: Avstraliyalılar da dərk etməlidirlər ki, Amerikada baş verənlər uzun müddətdir burada baş verir.

Teqlər