İyun 07, 2020 08:11 Asia/Baku
  • CNN :

CNN xəbər kanalı etirazçıların hücumlarının qarşısını almaq üçün Ağ Evin ətrafında hasarın çəkilməsini Donald Trampın acizliyinin əlaməti kimi qiymətləndirib.

SaharAzeri xəbər verir,Ağ evin ətrafında hasar çəkilməsinin görüntülərinin yayılmasından sonra CNN-nin aparıcısı Don Lemon bu kanalın izləyicilərinə deyib: "Bu görüntülər Ağ Evin və ABŞ prezidenti Donald Trampın dəhşətə gəlməsinin nişanəsidir".

Afroamerikalı Corc Floydun ölümünə qarşı etirazlar bütün Amerikanı bürüyübdür və son günlər Ağ Evin qarşısında elə bir vəziyyət yaranıbdir ki, polis qüvvələri etirazçıları dağıtmaq üçün güc tətbiq edərək, gözyaşardıcı qazdan istifadə edir.

Amerika Vətəndaş Azadlıqları Birliyi və "qaradərililərin həyatı önəmlidir" adlı insan haqları qrupu, dinc aksiyalar və söz azadlığı qanunu pozaraduğuna görə,  Ağ ev polisinə qarşı iddia qaldırıblar.

Bu günlər ABŞ-ın müxtəlif şəhərləri bu ölkə polisinin irqçiliyinə qarşı kütləvi aksiyaların şahididir.

Teqlər