İyun 07, 2020 11:29 Asia/Baku
  • Berni Sanders deyib:

ABŞ-ın Demokrat senatoru Qərb sahilindəki fələstinlilərə məxsus torpaqların 30 faizlik işğal planınn dayandırılması vacibliyini vurğulayıb və sionist rejiminin işğalçılığına son qoyulmasına çağırıb.

SaharAzeri xəbər verir, Berni Sanders bir video müraciətdə, minlərlə Təl-Əviv sakininin Qrb sahilinin işğalı planına qarşı aksiyalarını effektli və ümidverici adlandırıb.

"Qərb sahilinin hər hansı bir bölgəsini işğal etmək planları dayandırılmalı və işğalçılığa son qoyulmalıdır",- deyə B.Sanders əlavə edib

Minlərlə Təl-Əviv sakini sionist rejimin baş naziri Benyamin Netanyahunun Qərb sahilinin böyük bir hissəsini işğal etmək  planına qarşı etiraz olaraq, şənbə günü gecə saatlarından bazar günü səhərədək bu şəhərin mərkəzi küçələrində toplaşıblar.

Bu yaxınlarda sionist rejimin baş naziri Benyamin Netanyahu İordan çayının Qərb sahilinin bir hissəsini bu rejimin işğalında olan ərazilərə ilhaq etmək planının yaxın aylarda icra olunacağını söyləyib.

Bu məsələ ABŞ prezidenti Donald Tramp tərəfindən 2020-ci il 28 yanvarda açıqlanan "əsrin irqçi sövdələşməsi"nin bəndlərindən biridir.

Teqlər