ABŞ xalqının Trampdan narazılığı öz əksini tapıb
Trampın yeni seçki şüarı seçmək niyyəti barədəki məlumatların ardınca sosial şəbəkələrin istifadəçiləri onun hökumətinin prezidentliyin birinci dövründəki qeyri-münasib fəaliyyətinə kinayəli şüarlar irəli sürüblər.
SaharAzeri xəbər verir, Amerikalı mühafizəkar vəkil Corc Kanoy ötən günlərdə Trampın şüarlarının (TrumpSlogans#) haştaqını işə salıbdır.
Hafinqton Post amerikan qəzet xəbər verib ki, o, ABŞ prezidentinin müşaviri Kliyen Kanoyun həyat yoldaşı olsa da Trampın tənqidçilərindən də hesab olunur. Kanoy Trampın seçki kampaniyasının yeni şüar axtarmaqda olmasına dair Vaşinqton Post qəzetində verilmiş məlumatı tvitterdə paylaşıbdır. O, sonra kinayə ilə yazıb: Şüar bir biletdir. Bu şüar hər şeyi həll edəcək!! Mən şüarı seçməyə başlayıram. Tramp-2020: O, ola bilsin divanə olsun, amma o, bizim divanəmizdir!