Co Baydenin rəy sorğularında öndə getməsinə Trampın reaksiyası
ABŞ prezidenti öz seçki rəqibi Co Baydenin 14 faiz öndə getdiyini göstərən CNN-in yeni rəy sorğusuna reaksiya verib.
SaharAzeri xəbər verir, Donald Tramp öz tvitter hesabında yazıb ki, bu rəy sorğusu da CNN-in reportajları kimi saxtadır.
O, həmçinin Hillari Klintonun öndə getdiyini göstərən 2016-cı ilin rəy sorğularının nəticələrini də xatırladıbdır.
Trampın tvitti CNN telekanalının bir rəy sorğusunun nəticələrini yaymasından sonra yayılıbdır. CNN bildiribdir ki, Bayden amerikalı seçicilərin 55 faizlik dəstəyinə malikdir, Tramp isə 41 faiz dəstəklə onun arxasınca gəlir.
Ondan öncə digər bir rəy sorğusunun nəticələri yayılmışdı. Həmin rəy sorğusu da göstərirdi ki, Bayden aparıcı ştat olan Miçiqanda hazırkı prezident ilə məsafəsini ikiqat artırıbdır.
“Ditroyt Fri Press”in məlumatına görə, “EPIC-MRA”nın rəy sorğusunun nəticələrinə əsasən, Bayden 53 faizlik dəstək əldə etməklə 41 faizlik himayəyə malik olan Trampı 12 faiz fərqlə arxada qoyubdur.