ABŞ-ın Madriddəki səfirliyi önündə anti-rasist aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i362911-abŞ_ın_madriddəki_səfirliyi_önündə_anti_rasist_aksiya_keçirilib
Minlərlə ispan ABŞ-ın Madriddəki səfirliyi önünə toplaşaraq, anti-rasist aksiya keçiribdir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 09, 2020 04:28 Asia/Baku
  • ABŞ-ın Madriddəki səfirliyi önündə anti-rasist aksiya keçirilib

Minlərlə ispan ABŞ-ın Madriddəki səfirliyi önünə toplaşaraq, anti-rasist aksiya keçiribdir.

SaharAzeri xəbər verir, İspaniyada rasizmə qarşı çıxanlar amerikalı etirazçılarla həmrəylik məqsədilə bu tədbirə əl atıblar.

Digər Avropa ölkələrində də oxşar aksiyalar təşkil olunubdur.

Amerikanın müxtəlif şəhərləri, o sıradan Minnesota ştatındakı Minneapolis şəhəri bu günlər etirazçı əhalinin bu ölkə polisinin rasistcəsinə rəftarına qarşı aksiyaları səhnələridir.

Bir çox Avropa ölkəsinə də çəkilmiş bu etirazlar amerikalı ağdərili polisin mayın 25-də bu ölkənin Minneapolis şəhərində Corc Floyd adlı qaradərili ABŞ vətəndaşını faciəli surətdə qətlə yetirməsindən sonra başlanıbdır.