Trump Beynəlxalq Cinayət Məhkəməsinə boykot elan etdi
Amerika Birləşmiş Ştatları Prezidenti Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edən bir sərəncam imzaladı.
SəhərAzəri Əl-Aləm portalına istinadla xəbər verir, ABŞ Prezidenti Donald Trump, Cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsini boykot edən bir sərəncam imzaladı.
Məlumata görə Trumpın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı bu hərəkəti, həmin məhkəmənin ABŞ-ın Əfqanıstandakı cinayətləri ilə əlaqədar apardığı araşdırması səbəbiylə həyata keçib.
ABŞ dövlət katibi Mayk Pompeo da bir mətbuat konfransında deyib: "Beynəlxalq Cinayət Məhkəməsinin Əfqanıstandakı əsgərlərimizi araşdırmaq hüququ yoxdur və biz Roma Əsasnaməsinin üzvü deyilik."
ABŞ Müdafiə Naziri Mark Spur da bunları söyləyib: “Beynəlxalq Cinayət Məhkəməsinin Amerika əsgərlərini araşdırmaq səyləri beynəlxalq hüquqa ziddir.”
Eyni halda ABŞ Ədliyyə naziri Uilliam Barr da, Beynəlxalq Cinayət Məhkəməsində korrupsiya ilə bağlı etibarlı məlumata sahib olduğunu iddia edib.
Bu yaxınlarda “The Wall Street Journal” da bir məlumatda bildirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən gələcəkdə Vaşinqtona və sionist rejimə qarşı araşdırmalar aparılacağı ehtimalının qarşısını almaq niyyəti ilə, ABŞ tərəfindən həmin beynəlxalq məhkəmə əleyhinə sanksiyalar tətbiq edə bilər.