Los-Anceles şəhərində evsizlik 14 faiz artıb
https://azeri.sahartv.ir/news/dünya-i363140-los_anceles_şəhərində_evsizlik_14_faiz_artıb
ABŞ-ın Kaliforniya ştatında yerləşən Los-Anceles şəhərində Evsiz Xidmətlər Departamenti bomjların sayında 14 faiz artımın qeydə alınmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2020 04:13 Asia/Baku
  • Los-Anceles şəhərində evsizlik 14 faiz artıb

ABŞ-ın Kaliforniya ştatında yerləşən Los-Anceles şəhərində Evsiz Xidmətlər Departamenti bomjların sayında 14 faiz artımın qeydə alınmasından xəbər verib.

SaharAzeri xəbər verir, Los-Anceles Tayms xəbər portalının məlumatına görə, bu İdarə cümə günü Los-Anceles şəhəri və onun çevrəsindəki bomjların sayının 66 min 433 nəfər olduğunu təxmin edib.

Los-Anceles şəhərinin Evsiz Xidmətlər Departamentinin bildirdiyinə görə, bu, Los-Anceles şəhərində evsizlərin sayında ardıcıl qeydə alınan ikinci ikirəqəmli artımıdır.

Los-Anceles şəhərinin Evsiz Xidmətlər Departamentinin  icraçı direktoru Heidi Marston deyib: "Koronavirus pandemiyası səbəbindən yanvar ayından bəri və hətta may ayından  işsiz qalan 600 min nəfər bu statistikaya daxil edilməyib".

Qaradərili sakinlər Los-Anceles əhalisinin 8 faizini təşkil edirlər. Lakin bütün evsiz insanların 34 faizi onlara aiddir.