İyun 16, 2020 08:24 Asia/Baku
  • Aİ-nin xarici işlər nazirləri “əsrin sövdələşməsi”nə qarşı çıxıblar

Avropa İttifaqının xarici işlər nazirləri amerikan “əsrin sövdələşməsi” planına qarşı çıxıblar.

SəhərAzəri xəbər verir, Avropa İttifaqının xarici işlər nazirləri ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə birgə virtual iclasda vurğulayıblar ki, “əsrin sövdələşməsi” planını qəbul etmirlər.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozef Borrel də qeyd olunan video-konfransdan sonra deyib ki, avropalılar “əsrin sövdələşməsi” planına qarşıdırlar.

Borrel həmçinin sionist rejimin İordan çayının qərb sahilindən bəzi hissələri işğal olunmuş ərazilərə qatmaq qərarına toxunub. Deyib ki, Avropa Birliyi sionist rejimin bu qərarı ilə tamamilə müxalifdir.

Bu məsələ ABŞ prezidenti Donald Trampın 2020-ci il yanvarın 28-də təqdim etdiyi rasist “əsrin sövdələşməsi” planının bəndlərindən biridir.

“Əsrin sövdələşməsi” Qüdsü sionist rejimə təqdim, həmçinin fələstinlilərin mübarizə və fələstinli didərginlərin öz ölkələrinə qayıdış haqqını qadağan edir.

 

Teqlər