Koronavirus əlavəli unilateralizm
Amerikanın varlığında yerləşdirilən/ iqtisadi böhran və koronavirus əlavəli irqçiliyə qarşı etirazların genişliyinə rəğmən, Tramp özünün rasist və unilateralist siyasətlərini davam etdirir.
SəhərAzəri xəbər verir, Nyu-York Tayms qəzetinin baş redaktoru Karla Robbins deyir: Tramp bundan öncə tərəfdarlarına söz verdiyi kimi davranır.
Unilateralizm üzrə səy. Və əgər BMT-ni multilateralizmin simvolu hesab etmiş olsaq, Tramp qılıncı elə ilk gündən belinə bağladı.
Tez dedi: Siz bizim evdəsiz.
İllər öncə Rokfellerin BMT-yə bağışladığı və sonradan Nyu-Yorkun Manhetten rayonunda tikilən yerə eyham vururdu.
Qoçuluq etmək və BMT-nin beynəlxalq parametrlərdəki təsirini zəiflətmək üçün bu təşkilatın büdcəsini daima kəsib, qoşdu ki, hətta baş katib belə 37 min işçisinin əmək haqqının ödənişində problemlə üzləşmiş və milyardlarla dollar borca düşmüş olsun.
Onun BMT-ni tətil etmək üzrə səyi nəticə vermədi. İşğal olunmuş Fələstində sionist qəsəbələrin salınması və paytaxtın köçürülməsi məsələlərində bir çox ölkə Amerikanın meylinin əksinə səs verdi.
Və bir gün koronavirus gəldi və Nyu-Yorkun Manhetten rayonu dünyanın ən çirkli bir nöqtəsinə çevrildi.
Belə görünür, Tramp öz arzusuna çatıb, zira bu bölgədə yerləşən BMT-nin əsas qərargahı bağlanıb və bir neçə ay onun yenidən açılmasından xəbər yoxdur və bu il BMT-nin Baş Assambleyasının sessiyası da keçirilməyəcəkdir.