Los-Ancelesdə rasizmə qarşı etirazlar yüksəlir
https://azeri.sahartv.ir/news/dünya-i363573-los_ancelesdə_rasizmə_qarşı_etirazlar_yüksəlir
Yüzlərlə nəfər Amerikanın Los-Anceles şəhərində latınmənşəli bir gəncin bu şəhərin polis rəisinin müavini tərəfindən öldürülməsinə etiraz olaraq, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2020 11:20 Asia/Baku
  • Los-Ancelesdə rasizmə qarşı etirazlar yüksəlir

Yüzlərlə nəfər Amerikanın Los-Anceles şəhərində latınmənşəli bir gəncin bu şəhərin polis rəisinin müavini tərəfindən öldürülməsinə etiraz olaraq, aksiya keçirib.

SəhərAzəri xəbər verir, Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərinin əhalisindən yüzlərlə nəfər Andres Quardado adlı latınmənşəli bir gəncin bu şəhərin polis rəisinin müavini tərəfindən öldürülməsinə etiraz olaraq, aksiya keçirib.

Şüarlar verən aksiyaçılar bu 18 yaşlı rənglidərili gəncin qətli işinə baxılmasını tələb ediblər.

Los-Ancelesdəki bir satış mərkəzində təhlükəsizlik qarovulçusu olan Andres Quardado iyunun 18-də bu şəhərin polis rəisinin müavini tərəfindən öldürülüb.

Los-Anceles polisi bu barədə heç bir fikir bildirməyibdir.