ABŞ-da COVID-19-a yoluxanların sayı 2 milyon 500 min nəfəri keçib
https://azeri.sahartv.ir/news/dünya-i363744-abŞ_da_covid_19_a_yoluxanların_sayı_2_milyon_500_min_nəfəri_keçib
Amerikada koronavirusa yoluxanların sayı başqa bir sıçrayışla 2 milyon 500 min nəfəri keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2020 03:59 Asia/Baku
  • ABŞ-da COVID-19-a yoluxanların sayı 2 milyon 500 min nəfəri keçib

Amerikada koronavirusa yoluxanların sayı başqa bir sıçrayışla 2 milyon 500 min nəfəri keçib.

SəhərAzəri xəbər verir, Amerika mediaları cümə axşamı günü gecə bildiriblər ki, bu ölkədə koronavirusa yoluxanların sayı 2 milyon 502 min 311 nəfərə çatıbdır ki, onlardan 126 min 728 nəfər həyatını itiribdir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayının çoxluğuna görə, sınaq şüşələri və digər tibb ləvazimatları çatışmazlığı ilə üzləşibdir.