Ermənistanda daha 736 nəfər koronavirusa yoluxub
İyun 28, 2020 08:49 Asia/Baku
Ötən sutka ərzində Ermənistanda daha 736 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
SaharAzeri APA-ya istinadla xəbər verir, bununla da ölkədə koronavirusa yoluxanların sayı 24 min 645 nəfərə çatıb.
Ötən sutka ərzində virusa yoluxan 6 nəfər ölüb və bununla da ölkədə virusa yoluxma nəticəsində ölənlərin sayı 426 nəfərə yüksəlib. Ötən gün koronavirusa yoluxanlar arasında digər səbəblərdən isə 7 nəfər ölüb və bununla da koronavirusa yoluxanlar arasında digər səbəblərdən ölənlərin sayı 139 nəfərə çatıb.
Teqlər