Amerikada gündə 100 min nəfərin COVID-19- a yoluxma ehtimalı var
https://azeri.sahartv.ir/news/dünya-i363975-amerikada_gündə_100_min_nəfərin_covid_19_a_yoluxma_ehtimalı_var
Amerika milli allergiya və infeksiyon xəstəliklər institutunun direktoru bu ölkədə gündə 100 min nəfərin COVID-19- a yoluxması ehtimalından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2020 08:28 Asia/Baku
  • Amerikada gündə 100 min nəfərin COVID-19- a yoluxma ehtimalı var

Amerika milli allergiya və infeksiyon xəstəliklər institutunun direktoru bu ölkədə gündə 100 min nəfərin COVID-19- a yoluxması ehtimalından xəbər verib.

SaharAzeri xəbər verir, Amerika milli allergiya və infeksiyon xəstəliklər institutunun direktoru Antonio Fauçi konqresdə keçirilən iclasda hər gün bu ölkədə 40 min nəfərdən çox insanın koronavirusa yoluxmasına işarə ilə bildirib ki, əgər yoluxanların sayı gündə yüz min nəfərə çatsa belə, bu məsələ təəccüb doğurmayacaqdır.

Fauçi koronavirusun Amerikada yayılmağa başladığı ilk günlərdə proqnoz etmişdi ki, bu virus bu ölkədə iki milyon nəfəri yoluxduracaq və yüz min nəfərin həyatına son qoyacaq.

Bu sözlər o zaman xalqı təəccübləndirsə və mənfi reaksiyalara səbəb olsa da hazırda Amerikadakı rəqəmlər həmin proqnozdan qat-qat yuxarı olubdur.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.