ABŞ-ın onlarla diplomatı Ərəbistanı tərk edir
https://azeri.sahartv.ir/news/dünya-i364119-abŞ_ın_onlarla_diplomatı_Ərəbistanı_tərk_edir
ABŞ mediasının verdiyi məlumata görə, onlarla ABŞ diplomatı ailələri ilə bərabər Səudiyyə Ərəbistanında koronanın yayılması səbəbiylə Ərəbistanı tərk etməyi planlaşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2020 06:14 Asia/Baku
  • ABŞ-ın onlarla diplomatı Ərəbistanı tərk edir

ABŞ mediasının verdiyi məlumata görə, onlarla ABŞ diplomatı ailələri ilə bərabər Səudiyyə Ərəbistanında koronanın yayılması səbəbiylə Ərəbistanı tərk etməyi planlaşdırır.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir, Səudiyyə Ərəbistanındakı onlarla ABŞ diplomatı yaxın günlərdə ailələri ilə birlikdə ölkəni tərk etməyi planlaşdırır.
“The Wall Street Journal”, ABŞ diplomatları və ailələrinin şənbə günü Səudiyyə Ərəbistanını tərk edəcəklərini bildirib.
Koronanın yayılmasının ilk mərhələlərində Səudiyyə Ərəbistanı ciddi tədbirlərdən istifadə edərək virusun geniş yayılmasının qarşısını almaqda uğurlar qazana bildi. Bununla belə, Səudiyyə Ərəbistanı neftin qiymətinin düşməsi ilə də iqtisadiyyatının ağır durumu ilə qarşılaşmaq üçün keçən ay məhdudiyyətləri qaldırdı.
Cümə günü Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 200 minə çatdı. Bu rəqəm iki ay əvvəl 90 minə yaxın idi. 1800-dən çox ərəb isə koronavirus üzündın həyatını itirib.