İyul 06, 2020 08:49 Asia/Baku
  • Tramp prezidentlik dövrünün bir ilindən çoxunu öz mülklərində keçirib

Amerikada CNN telekanalı bazar günü bir reportajda bildirib ki, bu ölkənin prezidenti Donald Tramp prezidentlik dövrünün bir ilindən çoxunu öz şəxsi mülklərində və qolf meydançasında keçiribdir.

SəhərAzəri xəbər verir, CNN-nin verdiyi məlumata görə, Tramp bazar günü koronavirusun Amerikada yenidən tüğyan etməsi çağında 366-cı dəfə öz mülklərindən birinə getdi ki, həftəsonu tətillərini Virciniya ştatında yerləşən qolf meydançasında keçirmiş olsun.

Trampın Virciniya ştatına səfəri Amerikanın ümumölkə anti-rasizm etirazları və koronavirus pandemiyası kimi müxtəlif böhranlarla əlbəyaxa olduğu bir zamana təsadüf edir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Son rəsmi statistikalara görə, indiyədək Amerikada 2 milyon 970 min 468 nəfər koronavirusa yoluxubdur ki, onlardan 132 min 510 nəfər həyatını itiribdir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayının çoxluğuna görə, sınaq şüşələri və digər tibb ləvazimatları çatışmazlığı ilə üzləşibdir.

Amerika hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.

 

Teqlər