İyul 06, 2020 09:06 Asia/Baku
  • Tramp Çikaqo və Nyu-Yorkdakı yüksək cinayət göstəricilərini tənqid edib

Amerika prezidenti prezident seçkilərinin yaxınlaşması ilə bir zamanda Çikaqo və Nyu-York şəhərlərindəki demokrat rəsmilərin fəaliyyətlərini tənqid edibdir.

SəhərAzəri xəbər verir, Donald Tramp öz şəxsi tvitter səhifəsində yazıb: Demokratlar istəyirlər ki, polisin büdcəsi azalsın və qüvvələri yığışdırılsın, halbuki onların idarə etdikləri şəhərlərdə cinayət halları baş alıb gedir.

Bu tvittin davamında deyilir ki, Çikaqo və Nyu-Yorkda cinayət halları yüksəkdir.

Trampın yazdığına görə, Nyu-York şəhərindəki atışmalar da nəzərəçarpacaq dərəcədə artıbdır və əhali Nyu-Yorkun qubernatoru Andro Kuomadan və bu şəhərin meri Bill de Blasiodan bir iş görmələrini istəyibdir.

Teqlər