Tramp koronavirusla əlbir olmasın
Nyu-York qubernatoru öz mətbuat konfransında Trampın koronavirusla mübarizədəki addımlarını bir daha tənqid edib və ABŞ prezidentindən istəyibdir ki, bu virusla əlbir olmasın.
SəhərAzəri xəbər verir, Andrio Kuomo Trampı vaxtından qabaq iqtisadi açılışda ittiham edib. Vurğulayıb ki, bu hərəkət koronavirusun yenidən ABŞ ştatlarında yüksək sürətlə yayılmasına bais oldu.
Kuomo bildirib ki, Trampın indiyədək koronavirusla bağlı işarə etdiyi məsələlərin heç biri düzgün olmayıbdır. Kuomo vurğulayıbdır ki, Tramp koronavirusun təhlükəsini əhəmiyyətsiz saymaqla onun sürətlə Amerikada yayılmasına səbəb olur.
Bir çox ştat rəsmiləri Amerika prezidenti Donald Trampın zəif fəaliyyətini bu ölkədə koronavirusun yayılmasının amili bilirlər.
Statistikalar göstərir ki, Amerikada koronavirusa yoluxanların sayı təqribən üç milyon nəfərə çatıb və bu virusa yoluxma, 132 min nəfərdən çox insanın ölümü ilə nəticələnibdir.