Yaponiyada 1,3 milyon insan təxliyə edilir
https://azeri.sahartv.ir/news/dünya-i364269-yaponiyada_1_3_milyon_insan_təxliyə_edilir
Yaponiyanın Fukuoka, Kumamoto, Naqasaki və Oita prefekturalarının, təxminən, 1,3 milyon sakininə ölkəni cənginə alan sel və daşqınlar səbəbi ilə təxliyə olunmaq tövsiyə edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2020 11:41 Asia/Baku
  • Yaponiyada 1,3 milyon insan təxliyə edilir

Yaponiyanın Fukuoka, Kumamoto, Naqasaki və Oita prefekturalarının, təxminən, 1,3 milyon sakininə ölkəni cənginə alan sel və daşqınlar səbəbi ilə təxliyə olunmaq tövsiyə edilib.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə NHK telekanalı hadisə yerlərindən toplanmış informasiya əsasında məlumat verib.

Qeyd edək ki, iyulun 4-dən bəri təbii fəlakət nəticəsində ölkədə 52 nəfər ölüb, 2 nəfər ağır vəziyyətdədir, 12 nəfər itkin düşüb.

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün işə xilasedicilər və 10 min hərbçi cəlb olunub.

Leysan yağışları Küsü, Şikoku adalarına, eləcə də Yaponiyanın əsas adası olan Honsüyə ciddi ziyan vurub.