İyul 08, 2020 14:05 Asia/Baku
  • ABŞ-da silahlı zorakılıq tüğyan edir

ABŞ-da son sutkada baş verən silahlı insidentlər nəticəsində 82 nəfər ölüb və ya yaralanıb.

SaharAzeri xəbər verir,İRİB-in məlumatına görə, yayılan məlumatlar ABŞ-ın müxtəlif ştatlarında son 24 saat ərzində 133 atışma hadisəsinin qeydə alınmasını, bu hadisələrdə ən azı 24 nəfərin ölümü, 60 nəfərin isə yaralanmasını göstərir.

ABŞ-da silahlı insidentləri qeydə alan statistika mərkəzindən verilən məlumata əsasən, bu hadisələrin 20-i tələfatsız ötüşüb.

Vaşinqtonun Kolumbiya bölgəsində baş verən bu atışmalardan  birində üç kişi həyatını itirib. Kolorado ştatının Aurora şəhərində baş verən digər hadisədə bir kişi və bir qadın odlu silahla qətlə yetirilib. Virciniya ştatının Aleksandriya şəhərində baş verən atışmada isə, 14-19 yaş arası olan beş yeniyetmə güllə yarası alaraq, ölüblər.

Teqlər