İyul 09, 2020 17:59 Asia/Baku
  • Rusiyadan 13 ölkəyə uçuşları bərpa etmək təklif olunur

Rusiyanın "Rospotrebnadzor" Federal Xidməti 13 ölkəyə uçuşları bərpa etməyi təklif edib.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə "Rospotrebnadzor" rəhbərinin müavini Mixail Orlov tərəfindən “Rosaviasya” və Nəqliyyat Nazirliyinə göndərilən məktubda bildirilib.

Rusiyadan uçuşların bərpa olunmasının təklif olunduğu ölkələrdən 9-u Avropa (Almaniya, İtaliya, Böyük Britaniya, Finlandiya, Polşa, Danimarka, Macarıstan, Niderland və Norveç), 4-ü isə Asiya (Çin, Şri-Lanka, Vyetnam və Monqolustan) ölkələridir.

Uçuşların bərpa tarixi isə məktubda qeyd olunmayıb.

Teqlər