İyul 14, 2020 11:17 Asia/Baku
  • Amerika polisinin zorakılığı haqda yeni bir film

ABŞ mediaları bazar ertəsi günü bu ölkə polisinin pis rəftarı haqda yeni film yayıblar.

SəhərAzəri xəbər verir, Bu filmdə bir amerikalı polis zabiti dizini bir qaradərili şəxsin boynuna qoyub.

Bu filmin yayılması Amerikada ümumi hiddətin daha da şiddətlənməsinə səbəb olubdur.

Bu yeni olayın fonunda qeyd edək ki, Amerikanın müxtəlif şəhərləri mayın 25-dən bəri bu ölkə polisinin rasistcəsinə rəftarına etiraz edən xalqın aksiyaları səhnəsidir.

Amerika polisinin ağdərili bir məmuru mayın 25-də Minneapolis şəhərində qaradərili Amerika vətəndaşı Corc Floydu qətlə yetirdi.Bu cinayət Amerika xalqını qəzəbləndirdi. Lakin Amerikanın polisi və təhlükəsizlik qüvvələri bu ölkənin prezidenti Donald Tramp-ın göstərişi ilə etirazçılara divan tuturlar.Qeyd edək ki, son həftələrdə Amerikada baş verən etirazlarda minlərlə insan yaralanıb.

Amerika polisinin zorakılığı haqda yeni bir film