ABŞ Konqresi Trampın İrana qarşı hərbi əməliyyat keçirmək səlahiyyətlərini məhdudlaşdırmağa çalışır
ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi bu ölkə prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyat keçirmək səlahiyyətlərini məhdudlaşdıran üç moratorium təsdiqləyib.
SəhərAzəri xəbər verir, bu üç moratorium Kaliforniya ştatının demokrat nümayəndəsi Barbara Li tərəfindən irəli sürülüb.
Bunların ikisi 2001 və 2002-ci illərdə verilmiş hərbi əməliyyat səlahiyyətlərinin ləğvi ilə bağlıdır və üçncüsü isə, Konqresin razılığı olmadan Trampın İrana qarşı hərbi əməliyyatlarının malliyə təminini qadağan edən moratoriumdur.
Moratoriumlar 22 əleyhinə səsə qarşı 30 lehinə səsələ təsdiq edilib.
Bu moratoriumlar elə bir halda təsdiqlənir ki, Nümayəndələr Palatasının Təxsisatlar komitəsi bu ölkənin silahlı qüvvələrinin 2021-ci maliyyə ili üçün müdafiə büdcəsini nəzərdən keçirir.
Donald Tramp administrasiyası son aylarda İranla münasibətdə gərginliyi artırıb, bunun üçün də demokratlar bu üçlü tədbirləri təsdiqləməyə çalışıblar.
ABŞ Konqresinin Nümayəndələr Palatası yanvar ayındada Barbara Liyin moratoriumlarına oxşar qanun layihəsi təsdiq edib.
Amerikalı qanunvericilər neçə ay əvvəl də bir qətnamə təsdiq edərək, Trampı Konqresin icazəsi olmadan bu ölkənin silahlı qüvvələrindən İrana qarşı düşmənçilik hərəkətlərində istifadə etməməyə çağırıblar.
Donald Tramp bu qətnaməyə veto qoyub.