Çexiyada sərnişin və yük qatarları toqquşub, onlarla xəsarət alan var
https://azeri.sahartv.ir/news/dünya-i364624-Çexiyada_sərnişin_və_yük_qatarları_toqquşub_onlarla_xəsarət_alan_var
Çexiyanın paytaxtı Praqa yaxınlığında sərnişin və yük qatarları toqquşub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2020 00:30 Asia/Baku
  • Çexiyada sərnişin və yük qatarları toqquşub, onlarla xəsarət alan var

Çexiyanın paytaxtı Praqa yaxınlığında sərnişin və yük qatarları toqquşub.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə “Assosiated Press” məlumat yayıb.

Məlumata görə, hadisə zamanı onlarla sərnişin xəsarət alıb.

Çexiyanın Dəmiryolu Müfəttişliyi bildirib ki, qəza Praqadan şərqdə, Çeski-Brod stansiyası yaxınlığında, yerli vaxtla 21:30-da, (Bakı vaxtı ilə saat 01:30-da) olub. Qeyd edilir ki, sərnişin qatarı stansiya yaxınlığında dayanan yük qatarına çırpılıb.

Regional Xilasetmə xidmətinin məlumatına görə, hadisə zamanı 60-a qədər sərnişin xəsarət ala bilər. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.