Məhşur amerikalı hüquq müdafiəçisi ölüb
https://azeri.sahartv.ir/news/dünya-i364814-məhşur_amerikalı_hüquq_müdafiəçisi_ölüb
Qaradərililərin nüfuzlu hüquq müdafiəçilərindən biri hesab olunan Con Luis 80 yaşında vəfat edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2020 18:46 Asia/Baku
  • Məhşur amerikalı hüquq müdafiəçisi ölüb

Qaradərililərin nüfuzlu hüquq müdafiəçilərindən biri hesab olunan Con Luis 80 yaşında vəfat edib.

SəhərAzəri Trend-ə istinadla xəbər verir ki,bunu Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib:

"Bu gün Amerika tarixinin ən böyük qəhrəmanlarından birinin - Konqresin vicdanı olan Con Luisin itkisi üçün matəm tuturuq".

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında siyasətçiyə xərçəng diaqnozu qoyulmuşdu.

Con Luis 1963-cü ildə Martin Lüter Kinqin rəhbərlik etdiyi məşhur Vaşinqton yürüşünün təşkilatçılarından biri idi. İlk dəfə 1986-cı ildə Konqresə seçilən Con Luis o vaxtdan ardıcıl 17 dəfə bu postda təmsil olunub.