İyul 18, 2020 23:37 Asia/Baku
  • ABŞ-ın Pensilvaniya Ştatında polad zovodunda yanğın baş verib

ABŞ mediaları Pensilvaniya ştatının Ambric şəhərində polad zavodunda yanğının baş verməsindən xəbər veriblər.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir ki, bu yanğın iyulun 18-də yerli vaxtla səhər saat 05:00-da başlayıb.

Yerli rəsmilərin verdiyi məlumata görə, zavodun yanğından dərhal sonra təxliyə edildiyi üçün qəza zamanı xəsarət alan olmayıb. 

Qəzanın baş vermə səbəbləri hələ ki, məlum deyil.

Dünən səhər saatlarında ABŞ-ın Corcia ştatında da kimyəvi maddələr fabrikində yanğın baş verib.

Bundan əvvəl də, ABŞ-ın USS Bonhomme hərbi gəmisi yanğına məruz qalıb və dörd gün müddətinə yanmaqda idi.

Bu hərbi gəminin komandirləri bu hadisəni ağrılı bir faciə adlandırıblar.

 

Teqlər