İyul 19, 2020 09:03 Asia/Baku
  • 16 milyon nəfər selə görə təhlükəsiz məkanlara köçürülüb

Çinin mərkəzi və cənubunun geniş hissələrində nadir yağıntılar 16 milyon nəfərdən çox insanı evsiz qoyubdur.

SəhərAzəri xəbər verir, Daşqının ikinci dalğası cümə günü səhər Çinin cənub bölgələrinin geniş hissələrində başlanıb və rəsmilər də sel təhlükəsi qarşısında xəbərdarlıq səviyyəsini artırıblar.

Çində yağış mövsümü hesab olunan ötən milad ayından bəri azı 140 nəfər həlak olub və ya itkin düşübdür. 38 milyon nəfər zərər çəkib. Çinin 27 bölgəsi və əyalətində, o sıradan bu ölkənin şərq əyalətlərində 16 milyon nəfərdən çox insan öz ev-eşiyini tərk etməyə məcbur olub.

Çində baş verən daşqının vurduğu iqtisadi xəsarət 8,5 milyard dollar təxmin edilib.

Çinin əksər hissələrində daşqınların davam etməsilə bu ölkənin prezidenti Si Tsinpin iclas təşkil edərək, daşqının aradan qaldırılması, həmçinin insanlara yardım və onların həyatlarının xilas edilməsi məsələsini ortaya qoyubdur.

 

Teqlər