Avropa başçıları ən iri maliyyə paketi haqda razılaşıblar
Avropa ölkələrinin başçıları maliyyə böhranı ilə mübarizə üçün bu qitənin tarixində ən iri maliyyə paketi üstündə 4 gün sərt və sıx müzakirədən sonra razılığa gəliblər.
SəhərAzəri xəbər verir, Avropa Şurasının sədri Şarl Mişel bu gün bildirib ki, bu razılaşmanı Brüsseldə keçirilən xüsusi bir iclasda Avropa Birliyinin 27 üzvü qəbul edib.
Avropa Birliyinə üzv ölkələr bir trilyon 800 milyard avroluq maliyyə paketi barədə razılığa gəliblər ki, ondan bir bir trilyon 50 milyard avro Avropa Birliyinin gələn yeddi ilinin büdcəsi, 750 milyard avro isə koronavirus böhranının nəticələrinə qarşı iqtisadi bir investisiya üçün nəzərdə tutulub.
Avropa Birliyi bu maliyyə paketi ilə/ kollektiv bir hərəkətdə/ koronavirus böhranının nəticəsi kimi bu birliyin tarixi-iqtisadi durğunluğu ilə mübarizə aparmaq və Avropanın daxili bazarını sıx şəkildə saxlamaq niyyətindədir.
Avropa Birliyinə üzv ölkələrin dövlət başçıları arasındakı ixtilafın əsas hallarından biri, koronavirus böhranı nəticəsində ziyan çəkmiş ölkələrin iqtisadiyyatlarına yardım üçün 750 milyard avro dəyərində büdcənin ayrılması olubdur.
Fransa, Almaniya, İspaniya və İtaliya istəyirdilər ki, qeyd olunan məbləğdən 500 milyard avro qrant kimi bu ölkələrə verilsin.
Belə bir halda, bəzi digər ölkələr, o cümlədən Avstriya və Hollandiya belə bir büdcənin ayrılmasına qarşı çıxıblar.
Avropa Birliyinə üzv ölkələr bu 4 günlük müzakirələrdə 390 milyard avroluq qrantın ayrılması barədə də razılığa gəliblər.
Bu büdcədən əlavə, qərara alınıbdır ki, daha 360 milyon avro da koronavirusla bağlı maliyyə yardımları kimi, kredit formasında, tələb edən ölkələrə verilsin.
Avropa Birliyinə üzv ölkələrin dövlət başçılarının iclasında bir trilyon 800 milyard avroluq paketin qəbul olunması həcm baxımından bu birliyin tarixində nadir bir məsələ olubdur.