ABŞ-ın Nümayəndələr palatası Trampın qərarına zidd qanun qəbul edib
https://azeri.sahartv.ir/news/dünya-i365018-abŞ_ın_nümayəndələr_palatası_trampın_qərarına_zidd_qanun_qəbul_edib
ABŞ Konqresinin Nümayəndələr Palatası bu ölkə prezidentinin xüsusilə müsəlman ölkələri vətəndaşlarının ABŞ-a girişini qadağan edən sərəncamına zidd bir qanun qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2020 10:40 Asia/Baku
  • ABŞ-ın Nümayəndələr palatası Trampın qərarına zidd qanun qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası bu ölkə prezidentinin xüsusilə müsəlman ölkələri vətəndaşlarının ABŞ-a girişini qadağan edən sərəncamına zidd bir qanun qəbul edib.

SəhərAzəri xəbər verir, ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın əsasən də müsəlman ölkələri vətəndaşlarının ABŞ-a girişini əngəlləyən sərəncamının ləğv edilməsinə dair qanun layihəsi təsdiqləyib.

"Səyahət qadağasının ləğvi qanunu" adlı bu layihənin icmalında deyilir: "Bu layihə ABŞ prezidentinin xarici vətəndaşların girişini məhdudlaşdıran səlahiyyətlərinə bir sıra məhdudiyyətlər tətbiq edir"

"Səyahət qadağasının ləğvi qanunu" icmalında iddia edildiyi kimi, həmçinin miqrasiya məsələləri ilə bağlı qərarlarda dini ayri-seçkiliyin qadağan edilməsinə çağırır.