Rusiyada koronavirusa yoluxanların sayı 800 mini ötdü
https://azeri.sahartv.ir/news/dünya-i365062-rusiyada_koronavirusa_yoluxanların_sayı_800_mini_ötdü
Rusiyada son bir gündə daha 5 811 nəfərə COVID-19 diaqnozu qoyulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2020 07:21 Asia/Baku
  • Rusiyada koronavirusa yoluxanların sayı 800 mini ötdü

Rusiyada son bir gündə daha 5 811 nəfərə COVID-19 diaqnozu qoyulub.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 800 849 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 154 nəfər artaraq 13 046-ya yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 588 774 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 645 nəfər.