İyul 26, 2020 16:08 Asia/Baku
  • ABŞ-da 65 mindən çox yeni yoluxma aşkar edilib

Bu gün ABŞ-da koronavirusa yeni 65 490 yoluxma halı qeydə alınıb, 900 nəfər isə COVID-19 infeksiyası səbəbindən həyatını itirib

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetinin məlumatında deyilir.

Virusa yoluxanların sayı 4,1 milyonu, ölənlərin sayı isə 146 mini ötüb.

ABŞ-da həm yoluxma, həm də ölüm hallarında bir gün əvvələ nisbətən azalma olub. Belə ki, bir gün öncə ölkədə koronavirusa yoluxanların sayı 73 min nəfər, ölənlərin sayı isə 1 130 nəfər idi.

Teqlər