Rusiya dəniz donanmasının qüdrəti artır
Rusiya prezidenti deyib ki, bu ölkənin dəniz donanmasının qüdrəti hipersonik raketlə artacaqdır.
SəhərAzəri xəbər verir, Vladimir Putin Rusiya dəniz qoşunlarının Sankt-Peterburqda keçirilən raket sınağı mərasimində bildirib ki, bu qüvvələr tezliklə dünyada öz qəbilindən tayı olmayan hipersonik silahlar əldə edəcəklər. Buna görə, Rusiyanın dəniz qüvvələrinin gücü nəzərəçarpacaq dərəcədə artacaqdır.
Putin bu mərasimdə həmin nailiyyəti müdafiə silahı kimi yad edib və belə deyib: Hətta sualtı qayıqlarda belə, bu silahlardan yoxdur. Buna görə, ondan istifadə, ən təsirli müdafiə silahı hesab olunur.
Rusiya prezidenti sonra deyib: Modern rəqəmsal texnologiyaların geniş surətdə icrası yolu ilə Rusiyanın dəniz donanmasının hərbi qabiliyyətləri və özünəməxsus məziyyətlərini artırmaq mümkündür.
Bu gün Rusiya dəniz qüvvələri günü münasibətilə hipersonik «Sirkon» raketi «Admiral Qorşkov» freqatından atılıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu məsələyə işarə ilə söyləyib: Bu raketin sınaq atışı onun özünəməxsus özəlliklərini göz qabağına qoydu və onun hədəfəalma və uçuş sürətini təsdiq etdi.
Şoyqu sonra deyib: Rusiya öz dəniz donanmasını gücləndirmək üçün ən modern silahlar və raket sistemləri düzəltmək üzərindəki işi təkmilləşdirməkdədir və Rusiyanın dəniz qüvvələri Poseidon tipli ilk xüsusi təyinatlı sualtı qayığını sınaqdan keçirməkdədirlər.
Rusiyanın dəniz qüvvələri dünyada NATO-nun dəniz qüvvələrinin ən böyük rəqibi kimi öz yeni qabliyyətlərini Finlandiya körfəzi və Baltik dənizi bölgəsində keçirdiyi ən iri hərbi paradda nümayiş etdirdi.
Həmin əzəmətli paradda 46 döyüş gəmisi, esmines, sualtı qayıq, yüngül freqat hərbi gəmilərlə yanaşı iştirak edib. Bu paradda həmçinin Rusiya dəniz qüvvələrinin 41 qırıcı, təyyarə və vertolyotu iştirak edib. Supermodern Suxoy-33 və Miq-29 qırıcıları Sankt-Peterburq səmasında bu dəniz təlim-məşqini müşayiət ediblər. Rusiyanın dəniz qüvvələri bir atom təyyarə daşıyan gəmisinə, iki atom döyüş gəmisinə, üç Slava tipli döyüş gəmisinə, onlarla sualtı qayığa, o sırdan atom sualtı qayıqlaırına, onlarla esminesə, gəmiyə və digər supermoern hərbi təchizatlara malik olmaqla dünyada ikinci üstün dəniz qüvvəsi hesab olunur.