İyul 27, 2020 20:19 Asia/Baku
  • Moskvada 4 azərbaycanlı həbs edildi

Moskvanın Kuzminski Məhkəməsi ermənilərlə kütləvi davada iştirak etməkdə təqsirləndirilən 4 azərbaycanlı ilə bağlı qərar verib.

SəhərAzəri yerli mənbələrə istinadla xəbər verir, həbs edilmiş azərbaycanlılar xuliqanlıq maddəsi üzrə təqsirkar hesab olunurlar. Məhkəmə Azərbaycan vətəndaşı Ceyhun Qiyasovla bağlı 24 sentyabradək həbs qərarı çıxarıb. Adları açıqlanmayan daha 3 azərbaycanlı barəsində də həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, indiyədək kütləvi davada iştirak etmiş 70-dək azərbaycanlının saxlanması barədə məlumatlar yayılsa da, azərbaycanlıları təhqir etdikləri bildirilən və həmin kütləvi davanın müqabil tərəfi hesab olunan ermənilərlə bağlı analoji xəbərlər müşahidə olunmur.
Digər məlumata görə saxlanılan 7 erməni elə həmin gün sərbəst buraxılıb.

Teqlər