Rusiya, Moskvada bir terror hücumunun qarşısını aldığını bildirib
İyul 27, 2020 10:33 Asia/Baku
Rusiya Federal Təhlükəsizlik Xidməti, Moskvanın sıx bir bölgəsində planlaşdırılan bir yaraqlının hücumuna son verib.
SəhərAzəri İSNA-ya istinadla xəbər verir, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bir açıqlamada bildirib, həmin Xidmət ilə İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi qüvvələri Moskvada böyük bir toplaşma yerinə hücum etməyi planlaşdıran bir terrorçunun fəaliyyətinə mane olublar.
Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, bu şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açan kimi öldürülüb və gizlədiyi yerdən iki ədəd F-1 əl qumbarası və bir Kalaşnikov avtomatı götürülmüşdür.
Xidmətin məlumatına görə, terrorçu Orta Asiya ölkəsinin vətəndaşı dir. Qardaşı da FSB tərəfindən həbs olunub.