İyul 28, 2020 07:15 Asia/Baku
  • Tramp rasizmə etiraz edənləri həbsə atmaqla hədələyib

ABŞ prezidenti Donald Tramp rasizmə etiraz edənləri həbsə atmaqla hədələyib.

SəhərAzəri xəbər verir, Tramp öz şəxsi tvitter səhifəsində yazıb: Şəhərlər və ştatlarda hökumət binalarına və federal məhkəməyə qarşı təxribat törədən anarxistlər və etirazçılar təqib və on il həbs ediləcəklər.

ABŞ prezidenti bundan öncə bildirmişdi ki, əgər Portlenddə federal qüvvələr toqquşmalara daxil olmasaydılar, Portlend ali məhkəməsinin binası və federal əmlak bir gün belə davam gətirməzdi.

Tramp federal təhlükəsizlik məmurlarını iyulun əvvəllərində, Portlenddəki etirazların qızğın çağında həmin məkana göndərdi. Trampın bu hərəkəti tənqidlərə səbəb oldu. Zira federal zabitlər naməlum kimliklə və qanunsuz şəkildə etirazçıları həbs edirdilər.

Portlenddə federal zabitlər öz tanınma kodlarını gizlətməklə gözyaşardıcı qazla müxaliflərə hücum edirdilər. Onlar həmçinin etirazçıları döyərək, qanunsuz şəkildə onları həbs etdilər.

Afroamerikalı Corc Floydun ABŞ polisi tərəfindən qətlə yetirilməsindən sonra Amerikanın müxtəlif ştatlarını ümumölkə etirazları bürüdü. Ağdərililərin son aksiyadakı iştirakı Amerikada əsası qoyulmuş rasizmə qarşı etirazların xas cəhəti idi.

 

Teqlər