İyul 30, 2020 13:56 Asia/Baku
  • Tramp Portlend etirazçılarının yatırılmalarını istəyib

ABŞ prezidenti təhdidlə bildirib ki, əgər Oreqan ştatının Portlend şəhərinin başçıları bu şəhərdəki anti-rasizm etirazlarını dayandıra bilməzlərsə, onun bu şəhəri təmizləməkdən başqa çarəsi qalmayacaq.

SəhərAzəri xəbər verir, Portlend də daxil olmaqla Amerikanın müxtəlif şəhərləri mayın 25-dən bu ölkə polisinin rasistcəsinə rəftarına etiraz edən əhalinin aksiyaları səhnəsidirlər.

Hazırda 62 gündür, Portlenddə etirazlar cərəyan edir. Bu şəhərdə polis tərəfindən bir qadının zorakılıqla həbs olunması medialarda böyük əks-səda doğurubdur.

Amerikadakı yerli qırmızıdərililər də etirazçılarla həmrəy olaraq, bir yerə toplaşıb və mahnı oxuyublar.

Bir amerikalı ağdərili polis mayın 25-də Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydu qətlə yetirdi.

Bu cinayət Amerika xalqını hiddətləndirdi. Bu ölkənin polis və təhlükəsizlik qüvvələri isə ABŞ prezidenti Donald Trampın göstərişi ilə etirazçı xalqa divan tuturlar.

Amerikada son həftələrdə baş verən etirazlarda minlərlə nəfər yalaranıb və ya həbs olunubdur.

Teqlər