İyul 30, 2020 22:40 Asia/Baku
  • UNICEF-dən xəbərdarlıq; Dünyadakı uşaqların üçdə biri qurğuşun zəhərlənməsinə məsinə məruz qalır

BMT Uşaq Fondu (UNICEF) bir hesabatda, dünya uşaqlarının üçdə birinin yüksək miqdarda qurğuşuna məruz qaldığını bildirərək, bu "səssiz epidemiya" nın geniş nəticələri barədə xəbərdar edib.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, BMT Uşaq Fondu (UNICEF) və "Təmiz Yer Kürəsi Təşkilatı" iyulun 30-da bir hasabat yayaraq, uşaqların qurğuşuna məruz qalmasının geniş fəsadları barədə xəbərdarlıq edib.

Hesabatda deyilir: "Dünyada hər üç uşaqdan biri yəni təxminən 800 milyon uşağın qanında hər dessilitrə görə, 5 və ya 5 mikroqramdan çox qurğuşun var".

Bu hesabata əsasən, sözü gedən uşaqların yarıdan çoxu Cənubi Asiyada yaşayırlar.

UNİCEF uşaqlarla bağlı ilk dəfə yayımlanan hesabatda xəbərdarlıq edib ki, bu zəhərlənmənin ilkin əlamətləri az olduğundan qanda mövcud olan qurğuşun səssiz şəkildə uşaqların sağlamlığı və inkişafına ziyan vurur. 

Hesabata əsasən, uşaqların qurğuşuna məruz qalması onların davranış problemləri və psixi sağlamlığı ilə birbaşa əlaqədədir və cinayət və zorakılığın artmasına səbəb olur.

Həmçinin hesabatda deyilir ki, uşaqlar həyatlarının növbəti mərhələlərində qurğuşunun digər fəsadları, o cümlədən böyrəklərinə dəyən ziyanlar və ürək-damar xəstəliklərindən əziyyət çəkəcəklər.

UNİCEF-in hesabatına əsasən, qurğuşun-turşu batareyalarının qeyri-standart təkrar emalı aşağı və orta gəlirli ölkələrdə uşaqların qurğuşunla zəhərlənməsinə səbəb olur.

Teqlər